12px13px15px17px
Tarix:03/11/20

Sınaqlarda “5G” şəbəkəsində məlumat ötürmə sürəti 5 Qbit/saniyəni ötüb

"Verizon", "Ericsson" və "Qualcomm" şirkətləri laboratoriya sınaqları zamanı beşinci nəsil mobil rabitə şəbəkəsində məlumatları 5.06 Qbit/saniyə sürətində ötürməyə nail olublar. Nümayiş zamanı millimetrlik diapazon dalğaları, eləcə də tezlik daşıyıcısı – bir neçə spektr kanalını birləşdirməyə imkan verən texnologiya istifadə edilib. Nümayişin keçirilməsi üçün şirkətlər tərəfindən multigiqabit sürətə nail olmaq məqsədilə səkkiz ayrı kanal spektri birləşdirilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Mediasat" resursuna istinadən yazır ki, nümayişin keçirilməsi zamanı "Ericsson Radio System" şirkəti tərəfindən hazırlanan "5G" radioqəbulediciləri və millimetrlik diapazonlu antena modullarına malik "Qualcomm Snapdragon X60 5G" modem radiotezlik sistemi üzərində işləyən "5G" smartfonları üçün test qurğuları cəlb olunub.

 

5.06 Qbit/saniyə sürəti "4G LTE" bağlantısı üçün 40 MHs zolağı ilə birlikdə 28 QHs millimetrlik diapazon dalğalarında 800 MHs buraxılış qabiliyyətli genişliyə malik zolaqlardan istifadə sayəsində təmin edilib. Belə diapazon kombinasiyası "Ericsson Radio System" portfelində kommersiya səviyyəsində, eləcə də hazırda satışda olan və "Snapdragon X55 5G" modem radiotezlik sistemi üzərində işləyən "5G" şəbəkəsi ilə uyğunluq təşkil edən bir neçə qurğu tərəfindən dəstəklənir.

 

"Ericsson" şirkətinin "Business Area Networks" bölməsinin "5G" məhsullar seriyasının rəhbəri Hannes Ekstremin sözlərinə görə, sınaqlar zamanı 5 Qbit/saniyə həddinin keçilməsi bir qurğu üçün indiyədək nail olunan ən yüksək sürət göstəricisini təmin edib.

 

Nizam Nuriyev





Baxış sayı: 211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024