“COVID-19”a yoluxanları öskürəyə görə seçən alqoritm yaradılıb
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri koronavirus infeksiyasını insan öskürəyinə görə 98,5 faiz dəqiqliklə aşkarlayan süni intellekt alqoritmi yaradıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, alqoritm öskürəyin səsini dinləyərək diaqnoz qoya bilir. Onun yaradılması üçün könüllülər tərəfindən səs bağlarının gücündə, ağciyər və tənəffüs yollarının işində, eləcə də əzələ deqradasiyasında qanunauyğunluqların müəyyənləşdirilməsi məqsədilə təqdim edilən 200 mindən çox öskürək nümunəsi analiz edilib.
Süni intellekt tədqiqat zamanı “COVID-19” infeksiyasına yoluxan insanların 98,5 faizini dəqiqliklə müəyyənləşdirib. Bununla yanaşı, koronavirus infeksiyasının simptomsuz daşıyıcılarında dəqiqlik 100 faiz təşkil edib (bu testdən keçmək üçün simptomsuz insan qəsdən öskürməlidir).
Texnologiya həmmüəllifi, Massaçusets Texnologiya İnstitutu nəzdində “Auto-ID” laboratoriyasının direktoru Brayan Subirananın sözlərinə görə, proqram virusun yayılması ilə mübarizəni yalnız hamı ondan sinif, fabrik və ya restorana getməzdən əvvəl istifadə edəndə apara bilir.
Bununla yanaşı, qeyd olunur ki, alqoritm ənənəvi testi əvəzləməməlidir, çünki onun əsas funksiyası simptomsuz daşıyıcının öskürəyini sağlam insanın öskürəyindən fərqləndirməkdir.
Laboratoriyada hazırda pnevmoniya, astma və səs bağlarının zəifləməsi ilə əlaqədar alsgeymer xəstəliyi kimi halların analizi üçün öskürək və səsdən istifadə edən alqoritmlər tətbiq olunur.
Nizam Nuriyev
Baxış sayı: 271
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet