12px13px15px17px
Tarix:06/11/20

“Xiaomi” “Əşyalar interneti” üçün öz proqram platformasını təqdim edib

Çində keçirilən illik “MIDC 2020” konfransı çərçivəsində “Xiaomi” şirkətinin top meneceri Fan Dian “Xiaomi Vela” adlı yeni məhsul təqdim edib. “NuttX” əməliyyat sistemi əsasında işləyən “Əşyalar interneti” üçün proqram platforması şirkətin ən müxtəlif qurğularını birləşdirmək üçün nəzərdə tutulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Xiaomi” şirkətinin “Əşyalar interneti” platforması üzrə baş direktoru deyib ki, “Xiaomi Vela” platforması “ağıllı” saatlar, fitnes trekerlər, “ağıllı” kolonkalar və “ağıllı” ev sistemi qurğularını əhatə edəcək. Şirkət müxtəlif platformaların tərtibatçıları ilə qarşılıqlı əlaqəni asanlaşdırmaq üçün açıq mənbə kodlu “NuttX” əməliyyat sistemindən istifadə edib.

 

Fan Dian öz çıxışında deyib ki, hazırda “Xiaomi”nin “ağıllı” qurğularının sayı 271 milyonu ötür. Yeni proqram platforması artıq tərtibatçılar üçün əlçatandır.

 

Emil Hüseynov





Baxış sayı: 298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024