12px13px15px17px
Tarix:11/11/20

Dünyada ən populyar smartfon məlum olub

“Canalys” şirkətinin analitiklərinin məlumatına görə, 2020-ci ilin üçüncü rübünün nəticəsinə görə, “iPhone 11” dünyada ən çox satılan smartfon olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Apple” şirkətinin cihazları – “iPhone 11” (16 milyon) və “iPhone SE 2020” (10 milyon) populyar smartfonların reytinqində birinci və ikinci yeri tutublar. Üçüncü yeri satış həcmi 10 milyondan bir qədər az olan “Samsung Galaxy A21s” aparatı tutub. Növbəti yeddi yerdə “Samsung” və “Xiaomi” cihazları qərarlaşıb.

 

Cari ilin üçüncü rübündə 80 milyondan çox smartfon tədarük etmiş “Samsung” şirkəti dünyada ümumi satış həcminə görə birinci olub. İkinci yeri 51,7 milyon smartfon göstəricisi ilə “Huawei”, üçüncü yeri isə “Xiaomi” tutub.

 

2020-ci ilin üçüncü rübündə dünyada 348 milyon smartfon satılıb ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1% azdır.

 

Emil Hüseynov





Baxış sayı: 364

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024