12px13px15px17px
Tarix:11/11/20

“Apple” şirkəti öz prosessoru ilə işləyən “MacBook” təqdim edib

“Apple” şirkəti 2020-ci ildə üçüncü payız təqdimatında “Apple Silicon” prosessoru ilə işləyən ilk “Mac” kompüterlərini təqdim edib. Texnologiya nəhənginin direktoru Tim Kuk birbaşa yayım zamanı yenilikləri şəxsən nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Apple” şirkətinin nümayəndələri “M1” prosessoru ilə işləyən “Mac” kompüterlərini yeni dövr adlandırırlar. 8 nüvəli prosessor 5 nm-lik texnoloji proses üzrə hazırlanıb. “Apple”dan bildirilib ki, platformanın enerji sərfiyyatı analoqları ilə müqayisədə xeyli aşağı olacaq. Qrafik sürətləndirici, həmçinin 8 nüvədən ibarətdir. Təqdimatda bildirilib ki, yeni cihaz məhsuldarlığına görə rəqiblərini üstələyir.

 

Yeni platforma ilə işləyən ilk kompüterlər 13 düymlük “MacBook Air” və “MacBook Pro” noutbukları, həmçinin “Mac mini” nettopudur.

 

Yeni “Mac” kompüterləri “Rosetta” proqram təminatı sayəsində x86 arxitekturası üçün yazılmış proqramları işə sala biləcək. Yeni “Mac” kompüterləri ilə birgə “Mac OS” üçün “Big Sur” adlandırılmış böyük yeniləmə təqdim edilib.

 

Emil Hüseynov





Baxış sayı: 362

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024