12px13px15px17px
Tarix:11/11/20

Dünyada ən çox satılan smartfonlar bəlli olub

“Canalys” analitik şirkəti 2020-ci ilin üçüncü rübü üzrə dünyada ən çox satılan smartfonların reytinqini dərc edib. Sözügedən reytinqə 10 model daxil edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, reytinqdə ilk 5 pillə “Samsung”un smartfonlarına məxsusdur. Bu, əsasən “Galaxy A” seriyasına məxsus qurğulardır. Buna baxmayaraq, birinci yeri “iPhone 11” modeli tutub. Dünyada 16 milyondan çox satılıb.

 

İkinci yeri, həmçinin “Apple”ın qurğusu – “iPhone SE” tutub.

 

Reytinqə, həmçinin “Xiaomi Redmi Note 9/Redmi 10x 4G”, “Redmi 9A” və “Redmi 9” modelləri daxil edilib.

 

Emil Hüseynov





Baxış sayı: 301

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024