12px13px15px17px
Tarix:12/11/20

Seulda pilotsuz dron taksilərin ilk sınağı keçirilib

Koreya Respublikasının paytaxtı Seulda pilotsuz hava taksisinin sınaqları keçirilib. Bu barədə ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, respublika hökuməti tərəfindən Seulun qərbində Yıydo adasında altı pilotsuz taksinin sınaqları həyata keçirilib. Bu, dünyada ölkə tərəfindən əhalinin sıx yaşadığı şəhərdə pilotsuz dron taksi xidmətinin test edildiyi ilk hadisədir. Nazirliyin bəyanatında qeyd olunur ki, əvvəllər analoji sınaqlar Seulun qərbindəki İnçhon və Seuldan 200 km şərqdə yerləşən Yonqvol eksperimental meydançalarında baş tutub.

 

Nümayişdə istifadə olunan altı “EH216” pilotsuz uçuş aparatı Çinin “Ehang.В” pilotsuz aerotaksilərin istehsalı üzrə şirkəti tərəfindən ərsəyə gətirilib. İki nəfər sərnişin tutumuna malik taksilərin çəkisi 650 kq təşkil edir.

 

Məlumata görə, pilotsuz uçan aparatların idarəetmə və koordinasiyası Cənubi Koreya mühəndislərinin yaratdığı “K-drone” adlı sistem tərəfindən həyata keçirilir. Hazırda sistem havada eyni anda bir neçə aparatın təhlükəsiz mövcudluğunu təmin edir. Gələcəkdə onun imkanlarının genişləndiriləcəyi gözlənilir.

 

Nazirliyin məlumatında qeyd olunur ki, pilotsuz hava taksilərinin testi Cənubi Koreyanın bir neçə ildən sonra hər yerdə istifadə ediləcək şəhər hava nəqliyyatı sahəsində texnologiyalarını nümayiş etdirmək məqsədi daşıyır. Dron taksilərin inkişaf proqramı Koreya Respublikasının şəhər hava mobilliyi üçün həllərin hazırlanması (UAM) üzrə planlara daxildir. Hava taksilərinin kommersiya istifadəsinə 2025-ci ildə başlamaq planlaşdırılır. Bununla yerli hökumət yerüstü nəqliyyat yükünü azaltmaq niyyətindədir.

 

Nizam Nuriyev





Baxış sayı: 411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024