12px13px15px17px
Tarix:16/11/20

“Instagram”da çoxdan gözlənilən funksiya istifadəyə veriləcək

"Facebook Messenger" və "Instagram" xidmətlərinin istifadəçiləri avtomatik silinən mesajlar göndərmək imkanına malik olacaqlar. Bu haqda "Facebook"un tərtibatçıları məlumat veriblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, avtomatik silinən mesajlar başqa messencerlərdə reallaşdırılmış analoji funksiyanı xatırladır, lakin bir qədər fərqlənir. "Vanish Mode" rejimində həmsöhbət dialoqu tərk etdikdən sonra mesaj silinir. Həmsöhbət gizli rejimdə ekran görüntüsünü çəkdiyi halda istifadəçiyə bu barədə xəbərdarlıq ediləcək.

 

Artıq "Facebook Messenger"də çatlar üçün belə seçim reallaşdırılıb, lakin hələ ki yalnız ABŞ-da əlçatandır. "Instagram"da məxfi çatlar yaxın vaxtlarda istifadəyə veriləcək.

 

Emil Hüseynov





Baxış sayı: 442

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024