Yeddi qabaqcıl “Samsung” smartfonu hazırlanır
Məşhur bloger və nüfuzlu “Androidpolice” resursunun müəllifi Maks Vaynbah “Samsung” şirkətinin 2021-ci il üçün planlarını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, söhbət konkret olaraq Cənubi Koreya şirkətinin yeddi qabaqcıl smartfonundan gedir. Siyahıda “Note” seriyalı smartfonların yer almaması isə maraq doğurur. Bu, “Galaxy Note20” seriyasında “Note” seriyasının mövcudluğunun dayandırılacağını bir daha sübut edir.
Məlumata görə, “Galaxy S21” seriyalı modellərə “Z Fold 3”, “Z Flip 3” və “Z Fold FE” əlavə olunacaq. Burada şərti büdcəli “Galaxy S21 FE” və “Z Fold FE” xüsusi qeyd olunur – onlar hazırkı “Galaxy S20 FE” modelinin uğurunu davam etdirəcəklər. Blogerin məlumatına görə, yeddi modelin üçü (Galaxy S21 Ultra, Z Fold 3 və Z Fold FE) “S Pen” rəqəmli qələmi (stilus) ilə işi dəstəkləyəcək.
Smartfonlar barədə ətraflı məlumat verilməsə də, onlarda “Qualcomm Snapdragon 875” və “Exynos 2100” birkristallı sistemlərinin istifadə ediləcəyi ehtimal edilir.
Həmçinin bloger qeyd edib ki, “Galaxy S21” modeli yanvarın 14-də təqdim olunacaq.
Nizam Nuriyev
Baxış sayı: 493
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet