“iPhone 12” seriyalı smartfonlarda problemlər aşkarlanıb
“Apple” şirkətinin nümayəndələri aktual seriyalı smartfonların eşitmə aparatlarının işini poza bilməsini açıqlayıblar. Bu barədə “MacRumors” nəşrinin şirkətin materiallarına istinadən məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Apple” saytının texniki dəstək bölməsində eşitmə aparatları ilə bağlı problemlərin təsvir olunduğu yeni sənəd dərc olunub. Şirkət mütəxəssisləri qeyd edib ki, bir sıra hallarda “iPhone 12” seriyalı qurğuların və zəif eşidənlər üçün aksesuarların istifadəçiləri səsdə problemlərlə üzləşə bilərlər. Məsələn, smartfona qoşulan qarniturlardan gurultulu və ya güclü kimi kənar səslər çıxa bilər.
“Apple” mühəndisləri bildirib ki, şirkət eşitmə aparatlarında problemlərin olduğunu etiraf edir və növbəti proqram yeniləməsində səhvləri aradan qaldıracaq. Yeniləməyədək mütəxəssislər tərəfindən smartfonların aktual “iOS 14.2” versiyasınadək yeniləmək tövsiyə edilir. Jurnalistlərin sözlərinə görə, onlarda köhnə “iPhone” modellərində oxşar problemlərin mövcudluğu ilə bağlı məlumat yoxdur. Nəşrin məlumatına görə, “iPhone” üçün əməliyyat sisteminin növbəti versiyası – “iOS 14.3” artıq tərtibatçılar üçün istifadəyə verilib.
Nizam Nuriyev
Baxış sayı: 484
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet