“İnkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq sertifikatlaşması” proqramının ilkin mərhələsinə start verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi tərəfindən "İnkubasiya və innovasiya mərkəzlərinin sertifikatlaşması" proqramının birinci mərhələsinə başlanılıb.
İlkin mərhələdə ali təhsil ocaqları ilə kommunikasiyalar qurulub və orada mövcud infrastrukturun və maddi-texniki bazanın qiymətləndirilməsinə yönlənmiş müvafiq onlayn sorğu aparılıb.
Proqram çərçivəsində ali təhsil müəssisələrində fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcək. Həmçinin onların koordinatorlarının müvafiq təhsil alması və sertifikatlaşdırılması təşkil olunacaq.
Proses ümumilikdə 4 mərhələdən ibarət olacaq. Birinci və ikinci mərhələdə innovasiya mərkəzlərinin qiymətləndirilməsi və məlumatlandırılması, üçüncü mərhələdə orada çalışan koordinatorların sertifikatlaşdırılması, son mərhələdə isə mərkəzlərin beynəlxalq standartlara uyğun akkreditasiyadan keçirilməsi nəzərdə tutulub.
m
Baxış sayı: 585
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet