12px13px15px17px
Tarix:17/11/20

EMEA regionunda İT xərcləri 1 trilyon dolları ötəcək

“Gartner” analitik şirkətinin proqnozuna görə, 2021-ci ilin nəticəsinə görə, EMEA (Avropa, Yaxın Şərq, Afrika) regionunda informasiya texnologiyalarına xərclər ötən illə müqayisədə 2,8% yüksələrək 1,075 trilyon dollar təşkil edəcək. Cari ildə regional İT bazarında 6,5% azalma gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, "Brexit effekti və COVID-19 koronavirusunun səhiyyə sisteminə təsiri 2020-ci ildə EMEA regionunda İT xərclərinin azalmasına gətirib çıxaracaq” – “IT Symposium/XPO EMEA” virtual konfransında Con Devid Lavlok deyib. Pandemiyadan əvvəl əksər şirkətlər öz rəqəmsal strategiyalarını sabit şəkildə təbliğ edirdilər.

 

“Gartner”in proqnozuna əsasən, 2021-ci ildə korporativ proqram təminatı və məlumat mərkəzləri üçün sistemlər seqmentlərində xərclər üzrə ən yüksək artım tempi qeydə alınacaq. 2021-ci ildə istehlakçılar və təşkilatlar tərəfindən İT avadanlıq alışı 1,7% artacaq.

 

"Distant iş strateji kadr siyasətinə çevrilib. Bunun üçün mobil fərdi kompüterlər lazımdır və EMEA regionunda şirkətlər bəzi xərclərini belə kompüterlərə yönəldir" – “Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Rancit Atval deyib.

 

Analitiklərin gözləntisinə görə, gələn il Böyük Britaniyada distant işləyən əməkdaşlar işçi qüvvəsinin 48%-ni təşkil edəcək. Bu, ABŞ-dan sonra dünyada ən yüksək göstəricidir.

 

Emil Hüseynov





Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024