“TikTok” valideyn nəzarəti funksiyasının imkanlarını genişləndirib
“TikTok” administrasiyası valideyn nəzarəti funksiyasının imkanlarını genişləndirib. İndi valideynlər uşağın hesabı ilə əlaqə yarada biləcək insanların dairəsini məhdudlaşdıra, həmçinin proqramdan istifadə müddətinə məhdudiyyət qoya bilərlər.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, "ailə təhlükəsizliyi rejimi (Family Safety Mode)” “TikTok”a bu il əlavə edilib. Bu rejimi aktivləşdirmək üçün öncə valideyn şəxsi hesab yaratmalı və onu yeniyetmənin hesabına bağlamalıdır. Bundan sonra valideyn həddi-buluğa çatmamış uşağından arzuolunmaz məzmunu gizlədə, şəxsi mesajları məhdudlaşdıra və ya tamamilə söndürə bilər. Valideyndən xəbərsiz "ailə" rejiminin tənzimləmələrini söndürmək olmaz.
Bu həftədən başlayaraq valideynlər, həmçinin öz uşaqlarına müəyyən materialları, istifadəçiləri, heşteqi və audioyazıları axtarmağı qadağan edə bilərlər. Ekran vaxtı funksiyasının köməyi ilə uşaqların hər gün “TikTok”dan istifadə müddətini öyrənmək və limit qoymaq olar.
Daha bir yeni parametr yeniyetmənin videosuna kimin (istənilən şəxs, yalnız dostlar və ya heç kim) şərh yaza bilməsini, hesab haqqında informasiyaya baxa bilməsini və onun bəyənmələrini görə bilməsini təyin etməyə imkan verir. Yaşı 16-dan aşağı uşaqlar üçün mesajlaşma funksiyası söndürülüb – onlar yalnız icazə verilmişlər siyahısında olan istifadəçilərlə yazışa bilərlər. Həmçinin mesajlara foto və video bərkitmək olmaz.
Emil Hüseynov
Baxış sayı: 833
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet