12px13px15px17px
Tarix:18/11/20

“Chrome” brauzerinin məhsuldarlığı və enerji səmərəliliyi yüksəlib

“Google” şirkəti “Chrome” brauzeri üçün böyük yeniləmə çıxarıb. Tərtibatçıların sözlərinə görə, bir çox daxili dəyişikliklər nəticəsində proqram vərəqləri daha sürətli açmağa və prosessoru daha az yükləməyə başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndələri bildiriblər ki, brauzerin yeni versiyasında açıq vərəq arxa fonda açılmış vərəqlər üzərində prioritetə malikdir, bunun sayəsində prosessora yüklənmə 5 dəfəyədək azaldıla bilər. Bu, “Chrome” brauzeri quraşdırılmış leptopa veb-sörfinq rejimində orta hesabla 1,25 saat daha çox işləməyə imkan verəcək. Yeni həll fon vərəqlərində musiqi səslənməsinə və bildirişlərin alınmasına təsir etməyəcək.

 

“Google” şirkətinin rəsmiləri, həmçinin bildiriblər ki, yenilənmiş brauzer 25% daha sürətli işə düşür və yeni vərəqlərin açılma sürəti əvvəlki versiya ilə müqayisədə 7% artıb.

 

“Chrome” brauzerinin yeni versiyası artıq əksər regionlarda yaşayan istifadəçilərə əlçatandır.

 

Emil Hüseynov





Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024