12px13px15px17px
Tarix:19/11/20

“Apple” şirkəti “6G” şəbəkələrini inkişaf etdirəcək alyansa qoşulub

“Apple” şirkəti “Next G Alliance” adlı alyansa üzv olub. Qrup tərkibində şirkət altıncı nəsil mobil rabitə şəbəkələrinin (6G) inkişafı və irəliləməsi üzərində çalışacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, qrupun tərkibinə “Charter”, “Cisco”, “Google”, “HP”, “Intel”, “Keysight Technologies”, “LG”, “Mavenir”, “MITER” və “VMware” kimi şirkətlər daxildir.

 

Məlumata görə, alyansın əsas məqsədi Şimali Amerikanın altıncı nəsil mobil rabitə texnologiyaları sahəsində liderliyini təmin etməkdir. Qrupun fəaliyyətinə texnologiyaların tədqiqat və istehsalından tutmuş, bazara çıxarılmasınadək atılan bütün addımlar daxil olacaq.

 

Bildirilir ki, ilin əvvəlində ekspertlər tərəfindən ən yeni mobil rabitə standartının sürəti nümunəvi göstərilib. Onların fikrincə, “6G” şəbəkəsi “5G”dən 8 min dəfə sürətli olacaq və məlumatları 1 terabayt/saniyə sürətində ötürəcək.

 

Xatırladaq ki, ötən il Çin “6G” sahəsində tədqiqatlara başlayıb. Çinin üç böyük mobil operatoru “5G” xidmətlərini qurduqdan sonra ölkənin hökumət nazirlikləri və elmi tədqiqat institutları tərəfindən növbəti nəsil texnologiyalar sahəsində işləmələr üzrə milli qrupun yaradılması barədə qərar qəbul edilib.

 

Bundan başqa, noyabrın əvvəlində Çin “6G” eksperimental peykini kosmosa göndərib. Kosmik aparat altıncı nəsil mobil rabitə şəbəkəsinin işinin keyfiyyətini nümayiş etdirəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024