12px13px15px17px
Tarix:20/11/20

“Mozilla Firefox” brauzerində “HTTPS-Only Mode” rejimi istifadəyə verilib

“Mozilla” şirkəti tezliklə 83-cü versiyayadək yenilənəcək “Firefox” internet brauzerinin təhlükəsizlik səviyyəsini təkmilləşdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Firefox 83” brauzeri “Firefox 82” ilə müqayisədə operativ yaddaş tutumunu 8 faiz az sərf etməyə və səhifələri 15 faiz tez yükləməyə başlayıb. “Mozilla” buna “JavaScript” proqramlaşdırma dili dəstəyini optimallaşdırmaqla brauzerə bir neçə yenilik əlavə edərək nail olub.

 

Bundan başqa, “Mozilla Firefox 83” brauzerinin yeni versiyası “HTTPS-Only Mode” adlı təhlükəsizlik funksiyası ilə təchiz ediləcək. Bu rejimdə təhlükəli saytlar açılmayacaq.

 

Funksiyanı “Firefox Options” səhifəsinin “Privacy & Security” bölməsində aktivləşdirmək mümkündür. Brauzer “HTTPS-Only Mode” rejimində istifadəçi “HTTP” linkinə keçmək istəyəndə də istənilən saytın “HTTPS” versiyasını tapmağa çalışacaq. Bu mümkün olmadıqda, proqram təhlükə barədə xəbərdarlıq edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 468

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024