12px13px15px17px
Tarix:20/11/20

“IDC”: “Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək”

Bu il dünyada virtual (VR) və əlavə reallıq (AR) sahəsində mal və xidmətlərin satış həcmi 12 milyard dolları ötəcək, 2024-cü ilədək isə 72,8 milyard dollara çatacaq. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, 2020-ci il bazarın inkişafında dönüş nöqtəsi olub. Pandemiya şəraitində biznesdə vəsaitlərə qənaət məcburiyyətinə baxmayaraq “AR” və “VR” əksər şirkətlərin uğuru üçün vacib elementlərdəndir. Texnologiyaların tətbiqi üçün əsas sahə kimi tədris göstərilir. Bu seqmentin həcmi 2024-cü ilədək 4,1 milyard dollaradək artacaq. Eyni həcmə “AR” və “VR” vasitələrinin texniki xidmət üçün sənayedə tətbiqi seqmenti malik olacaq. Bundan başqa, “AR” və “VR” müştərilərlə təmassız əlaqə qurmağa imkan verir: daşınmaz əmlakın virtual nümayişi, virtual vitrinlər və s. 2024-cü ilədək bu seqmentin həcmi 2,7 milyard dollaradək artacaq. İstehlak bazarında (oyunlar və videoya baxış) texnologiyaların tətbiqi üzrə ən geniş yayılmış sahələr istehsalçılara 17,6 milyard dollar qazanc gətirəcək.

 

Ümumi satış həcminin təxminən 2/3 hissəsi virtual və əlavə reallıq texnologiyalarına baxış üçün qurğuların payına düşəcək, proqram təminatının payı isə ¼ hissəyədək artacaq. Həmçinin konsultasiya xidmətləri və sistem inteqrasiyası seqmentlərinin illik artımı müvafiq olaraq 77,3 və 90,7 faiz təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024