“Intel” çipli noutbuk nümayiş olunub
“Intel” şirkəti “NUC” (Next Unit of Computing) qurğular seriyasına “M15” noutbukunu əlavə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkətin planına görə, “etalon” noutbuk kiçik şirkətlərə bazarın “Dell” və “HP” kimi liderləri ilə uğurlu rəqabətə kömək edəcək. “NUC M15” ən müasir prosessorlar (inteqrasiya edilmiş Iris Xe qrafikalı 11-ci nəsil Core i5-1135G7 və ya i7-1165G7), 1080p piksel təsvir ölçülü “IPS” matrisalı 15,6 düym diaqonallı “adi” və ya sensor ekran, 8 və ya 16 giqabayt tutumlu operativ yaddaşla təchiz edilib. 73 vatlıq akkumulyator 16 saatadək avtonom işi təmin edəcək.
Noutbuk iki “Thunderbolt 4/USB 4 Type-C” (enerjinin toplanılması üçün hər ikisindən istifadə mümkündür) portuna, iki “USB-A”, “HDMI” və qulaqcıq üçün 3,5 millimetrlik audioçıxışa malikdir. “Nümunəvi” noutbukda yaddaş kartları üçün “microSD” slotu nəzərdə tutulmayıb.
“NUC M15” noutbukunun xüsusiyyətləri arasında “Windows Alexa” proqramından istifadə zamanı işıq saçan işiq diodlu panel sadalanır. Onun veb-kamerası “Windows Hello” təhlükəsizlik funksiyası ilə uyğunluq təşkil etdiyindən sistemə sifətə görə daxil olan zaman istifadə oluna bilər. Bundan başqa, noutbuk səsli komandaya otağın o başından cavab verən dörd mikrofonla təchiz olunub.
Qurğunun qiyməti istehsalçı tərəfindən təyin ediləcək. Şirkətin proqnozuna görə, oxşar modellərin qiyməti 1000-1500 dollar olacaq. Yeni qurğuların nümayişi 2021-ci ilin əvvəlinə planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 521
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet