2021-ci ilin ilk “Samsung” smartfonları təqdim edilib
"Samsung Electronics" şirkəti 2021-ci ilin ilk smartfon seriyasına aid "Galaxy A12" və "Galaxy A02s" modellərini təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, yanvarda Avropada satışa çıxarılacaq "Galaxy A12" smartfonunun 64 giqabaytlıq operativ yaddaşlı versiyasının qiyməti 179 avro, 128 giqabaytının isə 199 avro təşkil edəcək. Qiyməti 150 avroya bərabər olacaq "Galaxy A02s" isə fevralda satışa çıxarılacaq.
"Galaxy A12" smartfonu "HD " təsvir ölçülü 6,5 düymlük "TFT" ekran, damcıvarı şəkildə olan 8 meqapikselli ön kamera, 48 meqapikselli əsas sensora malik dördlü əsas kamera, 5 meqapikselli ultraenlibucaqlı modul, 2 meqapikselli makromodul və 2 meqapikselli dərinlik sensoru ilə təchiz edilib. Akkumulyator 5 min milliamper/saat tutumuna malikdir və 15 vatt gücündə enerjidoldurmanı dəstəkləyir.
Barmaq izi skaneri yan tərəfdə yerləşir. Ölçülər 164 х 75,8 х 8,9 millimetr, çəki 205 qram təşkil edir.
"Galaxy A02s" modeli barmaq izi skaneri ilə təchiz edilməyib. Digər fərqlər arasında 5 meqapikselli ön kamera, 13 meqapikselli sensora malik üçlü kamera və s. sadalanır.
Nizam Nuriyev
Baxış sayı: 463
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet