“Xbox” oyunları “ağıllı” televizorlarda oynanılacaq
"Xbox" proqramı 2021-ci ildə "ağıllı" televizorlara quraşdırılacaq. Bu barədə "Microsoft" korporasiyasının "Xbox" bölməsinin rəhbəri Fil Spenser "The Verge" nəşrinə müsahibədə deyib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "xCloud" servisinin televizor üçün proqrama çevrilməsi ilə bağlı sualı cavablandıran korporasiya nümayəndəsi bunun yaxın 1 il ərzində baş verəcəyini bildirib.
Ötən ay F.Spenser "Stratechery" bloquna müsahibədə televizora qoşaraq "xCloud" servisi vasitəsilə oyunlar oynamağa imkan verən xüsusi qurğular buraxmaq niyyətində olduğunu qeyd edib. Onların 2021-ci ildə işıq üzü görəcəyi ehtimal olunur.
Maraqlıdır ki, "Microsoft" oxşar aparat həlli üzərində 2016-cı ildə çalışıb – onun kod adı "Project Hobart" olub, lakin sonda ondan imtina edilib.
Nizam Nuriyev
Baxış sayı: 1387
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet