12px13px15px17px
Tarix:30/11/20

İnternetdə qeydiyyatdan keçmiş domen adlarının sayı hesablanıb

Hər il internetdə saytların sayı sürətlə artır. Aparıcı domen adları provayderlərindən biri olan “VeriSign” şirkəti “Ümumdünya Hörümçək Toru”nda qeydiyyatdan keçmiş domen adlarının sayı haqqında hesabat dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, hesabata görə, 2020-ci ilin üçüncü rübünün sonuna yaxın bütün yüksək səviyyəli domenlərdə 370,7 milyon domen adı qeydiyyatdan keçib. İkinci rüblə müqayisədə artım 0,2% olub. İllik hesablama üzrə yeni domen adlarının sayı 10,8 milyona və ya 3%-ə bərabərdir.

 

Hesabatda yalnız .com və .net kimi yüksək səviyyəli domen adları qeyd edilib. .com domeni qeydiyyatdan keçmiş domen adlarının sayına görə (150,3 milyon) lider olaraq qalır. .tk (27,5 milyon) domen adı ikinci, .cn (24,7 milyon) üçüncü, .de (16,6 milyon) isə dördüncü olub.

 

Emil Hüseynov





Baxış sayı: 492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024