12px13px15px17px
Tarix:15/12/11

Türkiyəli voleybolçu: “Rabitə” çox güclü komandadır”

“Qrupda ən çətin oyunumuza çıxacağıq. “Rabitə” çox gözəl və güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça”nın voleybolçusu Seda Tokatlıoğlu deyib.

Türkiyəli voleybolçu sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oynayacaqları Bakının “Rabitə” klubu ilə görüşdə qələbəyə ümid edir. Tokatlıoğlu bildirib ki, mövsümə uğurlu başlayıblar və bu seriyanı davam etdirmək gücündədirlər: “Biz yeni mövsümdə əla fürsət əldə etmişik, qələbələri sıralayırıq. İndi isə bu seriyanı davam etdirib, növbəti mərhələyə qrup birincisi kimi yüksəlmək istəyirik”.

Qeyd edək ki, B qrupunda ilk 2 turdan sonra 1-2-ci pillələri bölüşən klublar sabah saat 19:00-da münasibətlərinə aydınlıq gətirəcəklər.




Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024