Niderlandda kvant interneti yaradılacaq
Niderlandda kvant internetinin hazırlanmasına başlanılıb. Mütəxəssislər tərəfindən Amsterdamda gələcəkdə tam kvant internetinə çevriləcək lokal şəbəkənin inşası planlaşdırılır.
“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, kvant interneti üzərində iş “KPN” operatoru, Niderland Təhsil və Tədqiqat Müəssisələri Assosiasiyası (SURF), eləcə də “OPNT” şirkəti tərəfindən aparılacaq. Rəhbərlik “Intel” şirkətindən kvant hesablama elementləri alan “QuTech” tədqiqat qrupu tərəfindən həyata keçiriləcək.
Məlumata görə, şəbəkə kvant bit və kubitlərin mübadiləsi üçün optik kanallar vasitəsilə kvant prosedurlarını bir-biri ilə birləşdirəcək. Əvvəlcə kvant məlumat şifrləməsi, sinxronlaşdırma kimi daha sadə vəzifələrin həlli planlaşdırılır.
Xatırladaq ki, bu yay ABŞ kvant internetinin inkişaf strategiyasını təqdim edib. Şəbəkənin qurulması beş mərhələdə (onların hər biri kvant internetinin ölkənin müxtəlif hissələrində yerləşən bir neçə laboratoriyada tətbiqini nəzərdə tutur) olmaqla 10 il ərzində həyata keçiriləcək. Bundan sonra ABŞ kvant internetinin tam prototipini yaratmaq imkanına malik olacaq.
Nizam Nuriyev
Baxış sayı: 505
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet