“Google Maps”də panoramlı şəkillərin yaradılması üçün smartfondan istifadə ediləcək
“Google” şirkəti onlayn xəritələrdə “Street View” rejimi üçün panoramlı şəkillərin yaradılması prosesini sadələşdirib. Şirkətin rəsmi bloquna görə, artıq “ARCore” platformasını dəstəkləyən müasir “Android” smartfonlarının istifadəçiləri öz dairəvi panoramlarını yarada və onları servisə yükləyə biləcəklər.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, olma yerini (location) paylaşmaq imkanı ilk dəfə ABŞ (Nyu-York və Ostin), Nigeriya, İndoneziya və Kosta-Rika sakinləri üçün istifadəyə verilib. Tezliklə “Google Maps” servisinin fəaliyyət göstərdiyi digər regionların da əlavə olunacağı gözlənilir.
İstifadəçi kontenti “Google” şirkəti “Street View” rejimi üçün öz şəkillərinə malik olmayanda cəlb ediləcək. Uyğunluq təşkil edən qurğuların siyahısı ilə “Google” şirkətinin saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, “Google” dünya şəhərlərinin panoramlı görüntülərinin yaradılması ilə 2007-ci ildən məşğul olur. Bu müddət ərzində 170 milyarddan çox şəkil toplanıb. Çəkilişlər avtomobil, üçtəkərli velosiped və xüsusi avadanlıqla təchiz edilən bel çantaları vasitəsilə aparılır.
Həvəskarlar tərəfindən paylaşılan panoramlı şəkillər punktirli mavi xətlərlə işarələnəcək.
Nizam Nuriyev
Baxış sayı: 1650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet