Tarix:05/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Braunli sınaq çərçivəsində 2020-ci ildə istehsal edilmiş müxtəlif istehsalçıların 16 smartfonunu yoxlayıb. Siyahıda “Apple”, “Samsung”, “Xiaomi”, “Huawei”, “OnePlus”, “Asus”, “LG”, “Google”, “Sony”, “Microsoft”, “Oppo” və “Motorola” şirkətinin qurğuları yer alıblar. Bloqer hər bir aparatın kamerası ilə eyni şəkillər çəkib. Bundan sonra Braunli şəkilləri 4,4 milyon abunəçisi olan “Twitter” bloqunda yerləşdirib və istifadəçilərə hər bir fotoya səs verməyi təklif edib.
Bloqer qeyd edib ki, səsvermənin birinci raundunun nəticəsinə görə “OnePlus”, “Google”, “Microsoft”, “LG”, “Oppo”, “Xiaomi” şirkətlərinin qabaqcıl smartfonları, həmçinin “iPhone 12 Pro Max” sınağı tərk edib. Yarımfinalda 4 cihaz (“Huawei Mate 40 Pro”, “Asus ZenFone 7 Pro”, “Xiaomi Mi 10 Ultra” və “Samsung Galaxy Note20 Ultra”) qalıb.
Final səsverməsində “Asus” şirkətinin qabaqcıl cihazı qalib gəlib. Sonda bloqer deyib ki, hər bir foto avtomatik rejimdə çəkilib və sonradan redaktə edilməyib.
Emil Hüseynov
Ən yaxşı kameraya malik smartfon bəlli olub
Videobloqer Markes Braunli “Asus ZenFone 7 Pro” qurğusunu ən yaxşı kameraya malik smartfon adlandırıb. Müvafiq videobloqerin “YouTube” kanalında əlçatandır.“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Braunli sınaq çərçivəsində 2020-ci ildə istehsal edilmiş müxtəlif istehsalçıların 16 smartfonunu yoxlayıb. Siyahıda “Apple”, “Samsung”, “Xiaomi”, “Huawei”, “OnePlus”, “Asus”, “LG”, “Google”, “Sony”, “Microsoft”, “Oppo” və “Motorola” şirkətinin qurğuları yer alıblar. Bloqer hər bir aparatın kamerası ilə eyni şəkillər çəkib. Bundan sonra Braunli şəkilləri 4,4 milyon abunəçisi olan “Twitter” bloqunda yerləşdirib və istifadəçilərə hər bir fotoya səs verməyi təklif edib.
Bloqer qeyd edib ki, səsvermənin birinci raundunun nəticəsinə görə “OnePlus”, “Google”, “Microsoft”, “LG”, “Oppo”, “Xiaomi” şirkətlərinin qabaqcıl smartfonları, həmçinin “iPhone 12 Pro Max” sınağı tərk edib. Yarımfinalda 4 cihaz (“Huawei Mate 40 Pro”, “Asus ZenFone 7 Pro”, “Xiaomi Mi 10 Ultra” və “Samsung Galaxy Note20 Ultra”) qalıb.
Final səsverməsində “Asus” şirkətinin qabaqcıl cihazı qalib gəlib. Sonda bloqer deyib ki, hər bir foto avtomatik rejimdə çəkilib və sonradan redaktə edilməyib.
Emil Hüseynov
Baxış sayı: 1078
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet