Tarix:07/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, forumlarda verilən məlumata görə, problem “iPhone 12” seriyalı qurğularda aşkarlanıb. Belə ki, bir sıra hallarda qurğularda “4G” və “5G” standartları vasitəsilə məlumatların ötürülməsi dayanır, eləcə də şəbəkə bir neçə dəqiqəlik və ya bir neçə saatlıq qəfildən yoxa çıxdıqdan sonra smartfon mobil operatorların qüllələrinə uğurla qoşulur.
Smartfon sahiblərinin bir hissəsində rabitə, məsələn, danışıq zamanı qəfildən kəsilib. Həmçinin qurğuların ekranlarında “iPhone”un aktiv olmamasını əks etdirən məlumat görünür. İstifadəçilərin sözlərinə görə, problem konkret mobil rabitə operatorları ilə əlaqədar deyil. Belə ki, “iPhone 12” sahiblərinin əlaqə yaratdığı provayderlər tərəfindən şəbəkədə nasazlıqların olmadığı bildirilib.
“Reddit” saytında yerləşdirilən müvafiq məlumatda müəlliflər qeyd edib ki, problem qurğunu “təyyarə” rejiminə və əksinə keçirtdikdən sonra qismən aradan qaldırılır. Bir sıra hallarda smartfon istifadəçiləri şəbəkə və “iPhone” sazlamalarını yenidən quraşdırıblar. Bununla belə bildirilir ki, problemin bir müddət sonra təkrar meydana çıxmayacağına zəmanət verilmir.
“Apple” şirkəti istifadəçilərin şikayətlərinə hələ ki reaksiya verməyib. Jurnalistlər vurğulayıb ki, mobil rabitə şəbəkəsi ilə bağlı problemdən minimum 500 “iPhone 12” istifadəçisi şikayət edib.
“iPhone 12” seriyalı smartfonlar oktyabrın 13-də təqdim edilib. Seriyaya dörd qurğu – “iPhone 12”, “12 mini”, “12 Pro” və “12 Pro Max” daxildir.
Nizam Nuriyev
“iPhone 12”də mobil rabitə sıradan çıxıb
Bir sıra yeni “Apple” smartfonlarında mobil rabitə ilə bağlı problemlər yaranıb. Bu barədə “9to5mac” nəşrinin qurğu istifadəçilərinin şikayətlərinə istinadən məlumatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, forumlarda verilən məlumata görə, problem “iPhone 12” seriyalı qurğularda aşkarlanıb. Belə ki, bir sıra hallarda qurğularda “4G” və “5G” standartları vasitəsilə məlumatların ötürülməsi dayanır, eləcə də şəbəkə bir neçə dəqiqəlik və ya bir neçə saatlıq qəfildən yoxa çıxdıqdan sonra smartfon mobil operatorların qüllələrinə uğurla qoşulur.
Smartfon sahiblərinin bir hissəsində rabitə, məsələn, danışıq zamanı qəfildən kəsilib. Həmçinin qurğuların ekranlarında “iPhone”un aktiv olmamasını əks etdirən məlumat görünür. İstifadəçilərin sözlərinə görə, problem konkret mobil rabitə operatorları ilə əlaqədar deyil. Belə ki, “iPhone 12” sahiblərinin əlaqə yaratdığı provayderlər tərəfindən şəbəkədə nasazlıqların olmadığı bildirilib.
“Reddit” saytında yerləşdirilən müvafiq məlumatda müəlliflər qeyd edib ki, problem qurğunu “təyyarə” rejiminə və əksinə keçirtdikdən sonra qismən aradan qaldırılır. Bir sıra hallarda smartfon istifadəçiləri şəbəkə və “iPhone” sazlamalarını yenidən quraşdırıblar. Bununla belə bildirilir ki, problemin bir müddət sonra təkrar meydana çıxmayacağına zəmanət verilmir.
“Apple” şirkəti istifadəçilərin şikayətlərinə hələ ki reaksiya verməyib. Jurnalistlər vurğulayıb ki, mobil rabitə şəbəkəsi ilə bağlı problemdən minimum 500 “iPhone 12” istifadəçisi şikayət edib.
“iPhone 12” seriyalı smartfonlar oktyabrın 13-də təqdim edilib. Seriyaya dörd qurğu – “iPhone 12”, “12 mini”, “12 Pro” və “12 Pro Max” daxildir.
Nizam Nuriyev
Baxış sayı: 659
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet