12px13px15px17px
Tarix:07/12/20

“PlayStation 5 Pro” qurğusu barədə təfərrüatlar açıqlanıb

“Sony” şirkəti iki videokarta malik konsol üçün patent hüququ alıb. Bu barədə “GSM Arena” nəşrinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, müvafiq sənəddə ya ayrıca, ya da birlikdə işləyəcək iki qrafik prosessora malik oyun qurğusu ilə bağlı xüsusiyyətlər açıqlanır. Bu halda qurğunun məhsuldarlığı artır və sistemin ümumi yükü azalır. Jurnalistlərin fikrincə, dərc edilən patent Yaponiya korporasiyasının mühəndislərinin “PlayStation 5 Pro” oyun konsolu üzərində işləməsi faktını köklü şəkildə təsdiq edir.
 
Sənəddə iki qrafik prosessorla təchiz edilən oyun qurğusu ətraflı təsvir edilir. Mühəndislər qeyd edir ki, iki videokarta malik oyun qurğusu ilə bağlı ideyanın həyata keçirilməsi analoji fərdi kompüter qurğusundan daha çətindir. İş prosesində iki qrafik prosessor hər kadrı birlikdə emal edərək onu videoçıxış moduluna ötürəcək. Bu, potensial baxımdan virtual reallıq oyunlarında görüntünü saniyədə 120 kadr tezlik yeniləməsində olmaqla “4K” təsvir ölçüsündə daha yüksək keyfiyyətdə təmin edəcək.     
 
Patentdə “bulud” texnologiyalı oyunların işə salınması imkanı da sadalanır. Mühəndislərin sözlərinə görə, yeni oyun qurğusu əlavə sensor, o cümlədən “NFC”, “GPS”, infraqırmızı port və s. ilə təchiz olunacaq.
 
Kəşfin qeydiyyata alınması üçün patent 2019-cu ilin yanvarında təqdim edilib və 2020-ci ilin iyulunda dərc olunub. Dekabrda sənəd “FPO” saytına yerləşdirilib.
 
Nizam Nuriyev




Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024