12px13px15px17px
Tarix:08/12/20

“Windows 10” əməliyyat sistemində daxili reklam əlçatan olacaq

“Microsoft” şirkəti “Windows 10” əməliyyat sistemində reklam tətbiqinə hazırlaşır. Proqram nəhəngi hələ ki yalnız öz məhsullarını tanıtmaq niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məsələn, "Tənzimləmələr" proqram pəncərəsinin yuxarı hissəsində “Windows-dan daha çox məhsul əldə edin” adlı yeni banner yerləşdirilib. "Let's go" düyməsinə sıxıldıqda şirkətin xidmətlərini (məsələn, “Windows Hello”, “Your Phone” və ya “Office 365”) yoxlamaq təklifindən ibarət interfeys açılacaq. Banner aylıq yeniləmələr quraşdırıldıqda və ya sistemin yenidən yüklənməsindən sonra görsənəcək.

 

“Microsoft Edge” brauzeri ilə bağlı reklam göstəriləcək. "Tənzimləmələr" pəncərəsində “Edge” brauzerini və “Bing” axtarış sistemini əsas kimi etmək təklif ediləcək.

 

Emil Hüseynov





Baxış sayı: 455

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 May 2024

07 05 2024