Tarix:09/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, jurnalistlər tərəfindən müvafiq məlumatların rəsmi “Apple” və “Reddit” forumlarında dərc edilməsinə rast gəlinib. Məsələn, son platformada məlumat iki mindən çox “bəyənmə” və təxminən 400 şərh toplayıb. “iPhone” istifadəçiləri əsasən “iOS 14.2” əməliyyat sistemi yeniləməsindən sonra baş verən avtonom iş vaxtının kəskin azalmasından şikayətlənirlər.
Məlumata görə, “Red_J2” təxəllüslü “Reddit” iştirakçısı bildirib ki, yeniləmədən sonra ona məxsus “iPhone 11” gün ərzində “gözləmə” rejimində akkumulyator səviyyəsinin 15 faizini itirməyə başlayıb, halbuki bunadək smartfon həftədə iki dəfə enerji ilə doldurulub.
“BuncRedd” adlı istifadəçinin sözlərinə görə, onun “iPhone 11 Pro Max” smartfonunda akkumulyatorun enerji səviyyəsi adətən qənaətbəxş səviyyədə olub, lakin yeniləmə quraşdırıldıqdan sonra axşamadək enerjinin təxminən 50 faizi qalır.
Bir sıra smartfon istifadəçiləri qeyd edib ki, qurğular batareyanın enerji səviyyəsi 20 faizə endikdən sonra sönür. İstifadəçilərin bir qismi “iPhone” smartfonunun enerji ilə doldurulması zamanı onun çox qızmasını vurğulayıb.
Nizam Nuriyev
“iOS” yeniləməsi “iPhone” enerjisini tez tükəndirməyə başlayıb
“iPhone” istifadəçiləri smartfon akkumulyatorlarının enerjisini tez tükəndirən əməliyyat sistemi yeniləməsindən şikayət etməyə başlayıblar. Bu barədə “PhoneArena” nəşrinin məlumatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, jurnalistlər tərəfindən müvafiq məlumatların rəsmi “Apple” və “Reddit” forumlarında dərc edilməsinə rast gəlinib. Məsələn, son platformada məlumat iki mindən çox “bəyənmə” və təxminən 400 şərh toplayıb. “iPhone” istifadəçiləri əsasən “iOS 14.2” əməliyyat sistemi yeniləməsindən sonra baş verən avtonom iş vaxtının kəskin azalmasından şikayətlənirlər.
Məlumata görə, “Red_J2” təxəllüslü “Reddit” iştirakçısı bildirib ki, yeniləmədən sonra ona məxsus “iPhone 11” gün ərzində “gözləmə” rejimində akkumulyator səviyyəsinin 15 faizini itirməyə başlayıb, halbuki bunadək smartfon həftədə iki dəfə enerji ilə doldurulub.
“BuncRedd” adlı istifadəçinin sözlərinə görə, onun “iPhone 11 Pro Max” smartfonunda akkumulyatorun enerji səviyyəsi adətən qənaətbəxş səviyyədə olub, lakin yeniləmə quraşdırıldıqdan sonra axşamadək enerjinin təxminən 50 faizi qalır.
Bir sıra smartfon istifadəçiləri qeyd edib ki, qurğular batareyanın enerji səviyyəsi 20 faizə endikdən sonra sönür. İstifadəçilərin bir qismi “iPhone” smartfonunun enerji ilə doldurulması zamanı onun çox qızmasını vurğulayıb.
Nizam Nuriyev
Baxış sayı: 683
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)