12px13px15px17px
Tarix:09/12/20

“Google Photo” mobil proqramı 5 milyard dəfədən çox yüklənilib

“Google”un proqramları müasir smartfonlarda ən populyar tətbiqlərdən biridir. Bu mobil tətbiqlərdən bəziləri smartfonlara əvvəlcədən quraşdırılıb. Axtarış nəhəngi rəsmən məlumat verib ki, “Google Photo” mobil proqramı “Google Play” proqramlar mağazasından 5 milyon dəfədən çox yüklənilib. “Google Keep” mobil proqramı isə 1 milyard dəfə yüklənilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, bir çoxlarının fikrincə, “Google Photo” şəkillərin saxlanılması və sadə işlənməsi üçün ən yaxşı proqramlardan biridir. Xatırlatmaq lazımdır ki, uzun illər pulsuz olan mobil proqram 2021-ci ilin iyunundan abunə üzrə təklif ediləcək, hərçənd istifadəçilər əvvəlki kimi “Google”un bulud anbarında 15 QB disk yerindən pulsuz istifadə etmək imkanına malik olacaqlar.
 
Emil Hüseynov



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 Mart 2024

29 02 2024