12px13px15px17px
Tarix:10/12/20

“Google” şirkəti “Android” sistemini əvəz edəcək “Fuchsia”nı əlçatan edəcək

“Google” şirkəti yeni nəsil “Fuchsia” əməliyyat sisteminin mənbə kodunu açıq elan edib. Korporasiyanın hazırlamaları layihənin rəsmi saytında əlçatandır.
 
“ICTnews” Elektron Xəbər “ria.ru” saytına istinadən yazır ki, “Google” şirkətinin rəsmiləri entuziast və kənar tərtibatçıların 4 ildir hazırlanmaqda olan əməliyyat sisteminin inkişafına kömək edəcəklərinə ümid edirlər. Həm də şirkət “Fuchsia”nın hələ ki son məhsul kimi hazır olmadığını etiraf edib.
 
Korporasiya ƏS-nin hazırlanmasının dəqiq məqsədini açıqlamayıb. Entuziast və tərtibatçılar hesab edirlər ki, “Fuchsia” sistemi kompüter və "ağıllı" məişət texnikası daxil olmaqla istənilən qurğular üçün universal proqram platforması olacaq.
 
Emil Hüseynov




Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024