12px13px15px17px
Tarix:11/12/20

Bu il hansı mobil proqram daha populyar olub?

2020-ci ildə dünyada ən populyar mobil proqram qısa videolar mübadiləsi üçün “TikTok” servisi seçilib. Bu barədə “App Annie” şirkətinin hesabatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, “TikTok” həm “iOS”, həm də “Android” əməliyyat sistemli smartfon istifadəçiləri arasında ən populyar mobil əlavə olub. Şirkətin proqnozuna görə, 2021-ci ildə servisin aktiv istifadəçilərinin sayı 1 milyardı ötəcək.
 
İkinci yeri “Facebook” sosial şəbəkəsinin mobil əlavəsi tutub. Liderlər beşliyinə, həmçinin “Facebook”a məxsus iki proqram daxildir: “WhatsApp” messenceri üçüncü, “Instagram” sosial şəbəkəsi isə beşinci pillədə qərarlaşıb.
 
Videozəng və konfranslar üçün “Zoom” proqramı dördüncü yerlə kifayətlənib. Onun populyarlığı əksər işçilərin məsafəli işə, tələbələrin isə distant təhsilə kütləvi şəkildə keçməsi səbəbindən sürətlə artıb: pandemiya başlamazdan əvvəl “Zoom” əlavəsi reytinqdə 219-cu mövqedə yer alıb.
 
Nizam Nuriyev




Baxış sayı: 1269

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024