12px13px15px17px
Tarix:11/12/20

“Gmail” poçtu “Microsoft Office” sənədləri ilə işi asanlaşdırıb

“Google Workspace” (əvvəlki “G Suite”) onlayn ofis proqramları paketinin istifadəçiləri üçün “Microsoft Office” faylları ilə işləmək asanlaşdırılıb. İndi məktublara bərkidilmiş “Word”, “PowerPoint” və “Excel” sənədlərini birbaşa “Gmail” poçtunda redaktə etmək olar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Google”un bulud ofisində artıq çoxdan “Microsoft” formatları ilə uyğunluq reallaşdırılıb. Ancaq əvvəllər poçt qoşmalarına yalnız baxmaq mümkün idi – düzəliş etmək üçün faylları əvvəlcə "Disk"ə göndərmək lazım idi.
 
“The Verge” nəşri yazır ki, indi “Gmail” poçtu “Microsoft Office” sənədlərini açmağa və onlar üzərində düzəliş etməyə imkan verir. Bu halda redaktədən sonra sənəd öz orijinal formatını qoruyub saxlayacaq və “Google Docs”ə çevrilmə olmayacaq.
 
Emil Hüseynov




Baxış sayı: 1192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024