12px13px15px17px
Tarix:16/12/20

Yeni “Google Photo” mobil proqramı köhnə şəkilləri "canlandıracaq"

“Google” şirkəti “Google Photo” xidmətinin mobil proqramına orijinal funksiya əlavə edərək onu yeniləyib. Artıq yaxın vaxtlarda istifadəçilər 3D effektlərin köməyi ilə şəkilləri redaktə etmək imkanı əldə edəcək, həmçinin "canlı" şəkilləri öz kontaktları ilə paylaşa biləcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google” şirkəti tərtibatçılar tərəfindən “kinematoqrafik şəkillər” adlandırılmış yeni funksiya üçün süni intellekt alqoritmləri və kompüter təlimi texnologiyasından istifadə edib.
 
Bundan başqa, “Google” şirkəti smartfon sahiblərinə "Xatirələr" albomu üçün bir neçə yeni kollaj şablonu və əlavə kateqoriyalar təklif edəcək.
 
Emil Hüseynov



Baxış sayı: 1259

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024