12px13px15px17px
Tarix:17/12/20

“Samsung Galaxy Note” seriyalı qurğuların istehsalı davam etdiriləcək

“Samsung” şirkəti “Galaxy Note” seriyalı yeni qurğuların buraxılışını dayandırmaq niyyətində deyil. Bunu Cənubi Koreyanın “Yonhap News” informasiya agentliyinə seriyanın növbəti ildə yeni modellərlə yenilənəcəyini təsdiq edən şirkətdəki mənbə bildirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, son vaxtlar “Samsung” şirkətinin “Galaxy Note” seriyalı yeni smartfonların buraxılışından imtina edərək diqqəti elastik ekranlı yeni “Galaxy Z” modellərinin və “Galaxy S” seriyalı qurğuların yaradılmasına yönəldəcəyi barədə çoxlu şayiələr yayılıb. Hazırda isə ən azı 2021-ci ildə satışa yeni “Galaxy Note” qurğularının çıxarılacağı məlum olub.
 
Bu həftə “Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ro The Mun növbəti il üçün planları açıqlayaraq “S-Pen” rəqəmli qələm dəstəyinin “Galaxy Note” qurğuları üçün eksklüziv olmayacağını və digər məhsullara quraşdırılacağını bildirib. Ekspertlərin fikrincə, “S-Pen” dəstəyi ilk növbədə 2021-ci ilin yanvarında işıq üzü görəcək yeni qabaqcıl “Galaxy S21” qurğusunda tətbiq ediləcək.
 
Xatırladaq ki, “Galaxy Note” seriyalı ilk qurğular 2011-ci ildə təqdim edilib. “Samsung” şirkəti “Note” qurğularının yeni modellərini adətən ilin ikinci yarısında nümayiş etdirir.
 
Nizam Nuriyev




Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Oktyabr 2024

04 10 2024