12px13px15px17px
Tarix:17/12/20

Zəif smartfonlar üçün “yüngül” “Instagram” təqdim edilib

“Facebook” zəif smartfonlar üçün “yüngül” “Instagram”ın yenilənmiş versiyasını təqdim edib. “Instagram Lite” adlandırılan yeni versiyanın tutumu 2 MB-dan azdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, bu il “Facebook” şirkəti “Instagram Lite” mobil tətbiqinin əvvəlki versiyasının fəaliyyətini dayandırıb. İndi şirkət yeni versiyanı təqdim edib. Bəzi funksiyalar (məsələn, “Reels”, şopinq və “IGTV” üçün seçimlər) yenilənmiş versiyada optimallaşdırma məqsədilə yoxdur. Mobil tətbiq çox sürətli işləyir.
 
“Instagram Lite” hələ ki yalnız Hindistanda əlçatandır. Mobil tətbiq artıq təxminən 5 milyon dəfə quraşdırılıb.
 
Emil Hüseynov



Baxış sayı: 1258

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024