Tarix:17/12/20
Tədbirdə dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri, nazirlər, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə dünyanın ilk süni intellektli humanoid robotu "Sofiya", "Hanson Robotiks" şirkətinin yaradıcısı David Hanson, "Baykar Makina" şirkətinin texniki direktoru Selcuk Bayraktar və digər xarici ekspertlər iştirak ediblər.
Onlayn tədbir iştirakçılarını salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə torpaqlarımızın işğaldan azad edilməsi ilə bölgədə sülhün təmin edildiyini bildirib. Nazir qeyd edib ki, bu, Azərbaycanın işğaldan azad olunan bölgələrinin inkişafı üçün yeni imkanlar yaradır və innovasiyalar sahəsində regional əməkdaşlığı inkişaf etdirir.
Ramin Quluzadə müasir texnologiyaların günümüzün əsas problemlərindən biri olan koronavirusun həllində mühüm rol oynadığını, rəqəmsal texnologiyaların pandemiyanın iqtisadi və sosial nəticələrinin daha ağır olmasının qarşısını aldığını diqqətə çatdırıb. Pandemiya dövründə bu texnologiyalardan istifadəyə ehtiyacın sürətlə artdığını söyləyən nazir vurğulayıb ki, texnologiyanın gətirdiyi dəyişikliklərə də hazır olmalıyıq: "Ölkəmizdə pandemiya ilə mübarizə və onun təsirini minimuma endirmək üçün etibarlı strategiya qəbul edilib. İnformasiya texnologiyalarının geniş tətbiqi ilə yüksək keyfiyyətli və davamlı xidmətlər təqdim etmişik. Azərbaycanda rəqəmsal inkişaf və innovasiyalar hökumətin siyasi gündəmində prioritetdir".
Ramin Quluzadə əlavə edib ki, ölkədə "ağıllı şəhər" həllərinin tətbiqi genişlənir. Bu fəaliyyət açıq hökumət təşəbbüslərindən biridir və 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.
Nazir çıxışının sonunda qeyd edib ki, rəqəmsal texnologiyalar, pandemiyadan sonrakı dövrdə daha etibarlı, əlaqələndirilmiş və dayanıqlı dünyanın yenidən qurulmasında mühüm rol oynayacaq. Bunun üçün hökumətlərin yeni strategiyalar və uzunmüddətli proqramlar üzərində işləmələri və fəal əməkdaşlıq etmələrinə ehtiyac var.
Daha sonra "Hanson Robotics" şirkətinin süni intellekt əsasında hazırladığı robot-humanoid "Sofiya" çıxış edib. O, ən böyük onlayn texnologiya tədbiri olan "World Net Summit"in təşkilini yüksək qiymətləndirib. "Sofiya" Azərbaycanın gənc və perspektivli ölkə olduğunu qeyd edərək, innovasiya ekosisteminin inkişafına verilən töhfələri müsbət dəyərləndirib.
"Baykar Makina" şirkətinin texniki direktoru və "Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı Selcuk Bayraktar çıxışında bir daha Azərbaycanı parlaq qələbəsi münasibətilə təbrik edib. O, startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan bəhs edib.
"COVID-19" pandemiyası səbəbindən onlayn formatda keçirilən konfransda dövlətlərin pandemiya sonrası innovasiya strategiyası, investorların atacağı addımlar, "fintech"lərin bu dövrdə qarşılaşdıqları problemlər və digər bu kimi mövzular üzrə çıxışlar olub. Tədbirdə region dövlətlərinin innovasiya mərkəzlərinin rəsmi şəxsləri tərəfindən startap ekosistemi ilə bağlı son vəziyyət müzakirə edilib.
İki gün davam edəcək "World Net Summit" beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən "Monex Summit Caspian", "Global Influencer Day", "Government Address", "AutoTech Conf", "StartUp Academy", "Venture Summit", "Corporate Innovation Forum" kimi beynəlxalq onlayn panelləri təşkil olunacaq (https://worldnetsummit.com/).
Sabahkı konfransda dünyaca məşhur "Apple" şirkətinin yaradıcılarından olan Stiv Voznyak, "Entrepreneur" jurnalının baş redaktoru Jason Feifer və digər xarici ekspertlərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, "World Net Summit" beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.
“World Net Summit” beynəlxalq onlayn konfransı təşkil edilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "FA International Trade Events" MMC-nin birgə təşkilatçılığı ilə "World Net Summit" adlı beynəlxalq onlayn konfrans baş tutub.Tədbirdə dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri, nazirlər, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə dünyanın ilk süni intellektli humanoid robotu "Sofiya", "Hanson Robotiks" şirkətinin yaradıcısı David Hanson, "Baykar Makina" şirkətinin texniki direktoru Selcuk Bayraktar və digər xarici ekspertlər iştirak ediblər.
Onlayn tədbir iştirakçılarını salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə torpaqlarımızın işğaldan azad edilməsi ilə bölgədə sülhün təmin edildiyini bildirib. Nazir qeyd edib ki, bu, Azərbaycanın işğaldan azad olunan bölgələrinin inkişafı üçün yeni imkanlar yaradır və innovasiyalar sahəsində regional əməkdaşlığı inkişaf etdirir.
Ramin Quluzadə müasir texnologiyaların günümüzün əsas problemlərindən biri olan koronavirusun həllində mühüm rol oynadığını, rəqəmsal texnologiyaların pandemiyanın iqtisadi və sosial nəticələrinin daha ağır olmasının qarşısını aldığını diqqətə çatdırıb. Pandemiya dövründə bu texnologiyalardan istifadəyə ehtiyacın sürətlə artdığını söyləyən nazir vurğulayıb ki, texnologiyanın gətirdiyi dəyişikliklərə də hazır olmalıyıq: "Ölkəmizdə pandemiya ilə mübarizə və onun təsirini minimuma endirmək üçün etibarlı strategiya qəbul edilib. İnformasiya texnologiyalarının geniş tətbiqi ilə yüksək keyfiyyətli və davamlı xidmətlər təqdim etmişik. Azərbaycanda rəqəmsal inkişaf və innovasiyalar hökumətin siyasi gündəmində prioritetdir".
Ramin Quluzadə əlavə edib ki, ölkədə "ağıllı şəhər" həllərinin tətbiqi genişlənir. Bu fəaliyyət açıq hökumət təşəbbüslərindən biridir və 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.
Nazir çıxışının sonunda qeyd edib ki, rəqəmsal texnologiyalar, pandemiyadan sonrakı dövrdə daha etibarlı, əlaqələndirilmiş və dayanıqlı dünyanın yenidən qurulmasında mühüm rol oynayacaq. Bunun üçün hökumətlərin yeni strategiyalar və uzunmüddətli proqramlar üzərində işləmələri və fəal əməkdaşlıq etmələrinə ehtiyac var.
Daha sonra "Hanson Robotics" şirkətinin süni intellekt əsasında hazırladığı robot-humanoid "Sofiya" çıxış edib. O, ən böyük onlayn texnologiya tədbiri olan "World Net Summit"in təşkilini yüksək qiymətləndirib. "Sofiya" Azərbaycanın gənc və perspektivli ölkə olduğunu qeyd edərək, innovasiya ekosisteminin inkişafına verilən töhfələri müsbət dəyərləndirib.
"Baykar Makina" şirkətinin texniki direktoru və "Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı Selcuk Bayraktar çıxışında bir daha Azərbaycanı parlaq qələbəsi münasibətilə təbrik edib. O, startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan bəhs edib.
"COVID-19" pandemiyası səbəbindən onlayn formatda keçirilən konfransda dövlətlərin pandemiya sonrası innovasiya strategiyası, investorların atacağı addımlar, "fintech"lərin bu dövrdə qarşılaşdıqları problemlər və digər bu kimi mövzular üzrə çıxışlar olub. Tədbirdə region dövlətlərinin innovasiya mərkəzlərinin rəsmi şəxsləri tərəfindən startap ekosistemi ilə bağlı son vəziyyət müzakirə edilib.
İki gün davam edəcək "World Net Summit" beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən "Monex Summit Caspian", "Global Influencer Day", "Government Address", "AutoTech Conf", "StartUp Academy", "Venture Summit", "Corporate Innovation Forum" kimi beynəlxalq onlayn panelləri təşkil olunacaq (https://worldnetsummit.com/).
Sabahkı konfransda dünyaca məşhur "Apple" şirkətinin yaradıcılarından olan Stiv Voznyak, "Entrepreneur" jurnalının baş redaktoru Jason Feifer və digər xarici ekspertlərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, "World Net Summit" beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.
Baxış sayı: 2255
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet