Tarix:18/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, ilin ən yaxşı smartfonu qabaqcıl “Samsung Galaxy S20” və “S20+” seçilib. Jurnalistlər qeyd edib ki, smartfonlar hazırda ehtiyac duyulmayan, lakin gələcəkdə tələb olunacaq beşinci nəsil mobil rabitə şəbəkəsinin dəstəyi ilə təchiz edilib. Materialda yeni “iPhone” modelləri də müsbət qiymətləndirilib. Məsələn, kompakt “iPhone 12 mini” xüsusilə qeyd olunub. Həmçinin ən yaxşı bükülən smartfon kimi “Samsung Galaxy Z Fold2” seçilib.
İlin ən əsas kompüterləri “M1” çipi ilə təchiz edilən “MacBook” noutbukları olub. Jurnalistlərin sözlərinə görə, “Apple” şirkəti yüksək məhsuldarlığa və yüksək avtonom iş vaxtına malik “ARM” qurğuları yaratmağa nail olub. Bundan başqa, sadalanan qurğular arasında oyun sənayesinin məhsulları – yeni “Nvidia” və “AMD” videokartları, “Xbox Series X” və “S”, “PlayStation 5” oyun qurğuları yer alıb. “PS5” yeni əyləncəli imkanlar açan “DualSense” kontrolleri ilə hamını təəccübləndirib”, – məlumatda qeyd olunur.
Jurnalistlər vurğulayıb ki, 2020-ci ili tərifləmək düzgün olmasa da, bu il çoxlu yaxşı qurğuların təqdimatı ilə yadda qalıb. “Apple”, “Nvidia”, “Microsoft”, “Sony” və “AMD” faktiki bütün vədlərinə əməl ediblər”, – portalın müəllifi Diter Bon deyib.
Materialda fərqlənməyən, lakin sadə hesab edilən qurğular da sadalanıb. Onlara “Asus ROG G14 Zephyrus” oyun noutbuku, “GoPro Hero 9” kamerası, “DJI Mini 2” dronu, “Sony WH-1000XM4” qulaqcığı və s. qurğular aid edilib.
Nizam Nuriyev
İlin ən yaxşı qurğuları açıqlanıb
“The Verge” nəşri 2020-ci ilin ən yaxşı qurğularını açıqlayıb. Bu barədə nəşrin saytında yerləşdirilən xüsusi materialda deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, ilin ən yaxşı smartfonu qabaqcıl “Samsung Galaxy S20” və “S20+” seçilib. Jurnalistlər qeyd edib ki, smartfonlar hazırda ehtiyac duyulmayan, lakin gələcəkdə tələb olunacaq beşinci nəsil mobil rabitə şəbəkəsinin dəstəyi ilə təchiz edilib. Materialda yeni “iPhone” modelləri də müsbət qiymətləndirilib. Məsələn, kompakt “iPhone 12 mini” xüsusilə qeyd olunub. Həmçinin ən yaxşı bükülən smartfon kimi “Samsung Galaxy Z Fold2” seçilib.
İlin ən əsas kompüterləri “M1” çipi ilə təchiz edilən “MacBook” noutbukları olub. Jurnalistlərin sözlərinə görə, “Apple” şirkəti yüksək məhsuldarlığa və yüksək avtonom iş vaxtına malik “ARM” qurğuları yaratmağa nail olub. Bundan başqa, sadalanan qurğular arasında oyun sənayesinin məhsulları – yeni “Nvidia” və “AMD” videokartları, “Xbox Series X” və “S”, “PlayStation 5” oyun qurğuları yer alıb. “PS5” yeni əyləncəli imkanlar açan “DualSense” kontrolleri ilə hamını təəccübləndirib”, – məlumatda qeyd olunur.
Jurnalistlər vurğulayıb ki, 2020-ci ili tərifləmək düzgün olmasa da, bu il çoxlu yaxşı qurğuların təqdimatı ilə yadda qalıb. “Apple”, “Nvidia”, “Microsoft”, “Sony” və “AMD” faktiki bütün vədlərinə əməl ediblər”, – portalın müəllifi Diter Bon deyib.
Materialda fərqlənməyən, lakin sadə hesab edilən qurğular da sadalanıb. Onlara “Asus ROG G14 Zephyrus” oyun noutbuku, “GoPro Hero 9” kamerası, “DJI Mini 2” dronu, “Sony WH-1000XM4” qulaqcığı və s. qurğular aid edilib.
Nizam Nuriyev
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı