12px13px15px17px
Tarix:18/12/20

“Huawei” şirkətinin əməliyyat sistemi ilə işləyən ilk smartfon bəlli olub

“HarmonyOS 2.0” əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk smartfon 2021-ci ildə təqdim ediləcək. Bu haqda Çinin “Sina” portalı məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Huawei” şirkəti smartfonlar üçün öz əməliyyat sisteminin beta-versiyasının təqdimatından sonra jurnalistlər üçün mətbuat konfransı keçirib. Müəlliflər tədbirdə şirkət tərəfindən “HarmonyOS 2.0” əməliyyat sisteminin interfeysi və bəzi funksiyalarının nümayiş etdirildiyi cihaz qeydə alıblar.
 
Şirkətin nümayəndələri qurğunun modelini açıqlamayıblar, amma hesab edirlər ki, o telefon “Huawei P50” olacaq. Çin şirkətinin öz əməliyyat sistemi ilə işləyəcək smartfon 2021-ci ilin birinci rübündə satışa çıxarılacaq. “Huawei” şirkətinin bəyanatında deyilir ki, “HarmonyOS” sistemi brendin 100 milyondan çox cihazına (həm yeni, həm də köhnə qurğulara) yüklənəcək.
 
Agentliyin jurnalistləri deyiblər ki, onlar inteqrasiya edilmiş proqramlar mağazasında “Android” smartfon istifadəçilərinə əlçatan olan xeyli sayda proqram və xidmət aşkar ediblər.
 
Emil Hüseynov




Baxış sayı: 1054

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024