Tarix:22/12/20
Bu işlər "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu (G-cloud) konsepsiyası" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə hazırlanmış Keçid Planına əsasən həyata keçirilir.
"Hökumət buludu"nun coğrafi ehtiyatlılığını, dayanıqlı fəaliyyətini, arxivdən bərpasının təmin edilməsini və kiberhücumlar, fövqəladə hallar, hərbi vəziyyət zamanı məlumatların qorunmasını Milli Data Mərkəzi təmin edəcək. Bu mərkəz mühafizə olunması həyat təminatlı və mühüm əhəmiyyətli kritik infrastrukturdur.
Hazırda layihənin infrastrukturu hazırlanır və Keçid Planına uyğun olaraq dövlət qurumlarının "Hökumət buludu"na miqrasiyası başlanacaq.
Qeyd edək ki, "Hökumət buludu" layihəsi dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzi infrastrukturunda həyata keçirilir. Sözügedən layihə informasiya sistemlərinin dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, "bulud" xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatın əldə edilməsinə imkan verən "bulud hesablama texnologiyası"dır. Bu texnologiyanın tətbiqi dövlət informasiya sistemlərinin təhlükəsiz saxlanılmasını, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formalaşdırılmasını təmin edir.
“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC-nin nəzdində fəaliyyət göstərən Data Mərkəzi əsasında "Hökumət buludu"nun Milli Data Mərkəzi yaradılacaq.Bu işlər "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu (G-cloud) konsepsiyası" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə hazırlanmış Keçid Planına əsasən həyata keçirilir.
"Hökumət buludu"nun coğrafi ehtiyatlılığını, dayanıqlı fəaliyyətini, arxivdən bərpasının təmin edilməsini və kiberhücumlar, fövqəladə hallar, hərbi vəziyyət zamanı məlumatların qorunmasını Milli Data Mərkəzi təmin edəcək. Bu mərkəz mühafizə olunması həyat təminatlı və mühüm əhəmiyyətli kritik infrastrukturdur.
Hazırda layihənin infrastrukturu hazırlanır və Keçid Planına uyğun olaraq dövlət qurumlarının "Hökumət buludu"na miqrasiyası başlanacaq.
Qeyd edək ki, "Hökumət buludu" layihəsi dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzi infrastrukturunda həyata keçirilir. Sözügedən layihə informasiya sistemlərinin dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, "bulud" xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatın əldə edilməsinə imkan verən "bulud hesablama texnologiyası"dır. Bu texnologiyanın tətbiqi dövlət informasiya sistemlərinin təhlükəsiz saxlanılmasını, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formalaşdırılmasını təmin edir.
Baxış sayı: 873
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet