12px13px15px17px
Tarix:22/12/20

“Apple” şirkəti 2024-cü ilədək öz avtomobilini istehsal etməyi planlaşdırır

"Apple" şirkəti 2024-cü ilədək qabaqcıl batareya texnologiyası ilə təchiz edilmiş sərnişin avtomobili istehsal etmək niyyətindədir. Bu barədə öz mənbələrinə istinadən "Röyters" agentliyi məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, agentliyin məlumatına əsasən, ABŞ şirkəti hələ 2014-cü ildə "Project Titan" kimi tanınan layihə çərçivəsində öz avtomobilinin hazırlanması ilə məşğul olmağa başlayıb. Məlumata görə, o vaxtdan etibarən şirkət bu istiqamətdə xeyli irəliləyib və indi öz müştəriləri üçün avtomobil istehsal etmək niyyətindədir. "Apple"ın planları hələ ki rəsmən açıqlanmayıb.
 
Emil Hüseynov




Baxış sayı: 1138

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024