Tarix:23/12/20
Mükafat "COVID-19" pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə və biznes-hökumət dialoqunun inkişafinda rolu olan şəxslərə təqdim olunub.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Caspian Energy Club" tərəfindən mükafatlandırılıb. Qurumun baş icraçı direktoru Telman Əliyev bildirib ki, kluba üzv olan 1500 şirkət rəhbəri arasında keçirilən sorğunun nəticəsinə görə, Elmir Vəlizadə biznes-hökumət dialoqunun inkişafina verdiyi xüsusi töhfəyə görə "Caspian Business Award 2020" mükafatına layiq görülüb.
Öz növbəsində Elmir Vəlizadə mükafata layiq görüldüyü üçün "Caspian Energy Club"un rəhbərliyinə və üzvlərinə təşəkkür edib. O bildirib ki, koronavirus səbəbindən biznes-forumların fəaliyyətində müəyyən çətinliklər yaransa da, "Caspian Energy Club" dövlət – biznes əməkdaşlığını davam etdirib. Nazir müavini qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət qurumu kimi özəl sektora dəstək göstərir. Elmir Vəlizadə Qarabağın azad olunmasının ölkəmizdə yeni reallıqlar yaratdığını və şirkətlər üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.
Elmir Vəlizadə “Caspian Business Award 2020” mükafatına layiq görülüb
5-ci Beynəlxalq "Caspian Business Award 2020" mükafatının təqdimetmə mərasimi keçirilib. "COVID-19" pandemiyası ilə əlaqədar tədbir onlayn formatda təşkil olunub. Mərasimdə diplomatik missiyaların, dövlət qurumlarının, nazirliklərin nümayəndələri, "Caspian Energy Club"un üzv şirkətlərinin rəhbərləri iştirak ediblər.Mükafat "COVID-19" pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə və biznes-hökumət dialoqunun inkişafinda rolu olan şəxslərə təqdim olunub.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Caspian Energy Club" tərəfindən mükafatlandırılıb. Qurumun baş icraçı direktoru Telman Əliyev bildirib ki, kluba üzv olan 1500 şirkət rəhbəri arasında keçirilən sorğunun nəticəsinə görə, Elmir Vəlizadə biznes-hökumət dialoqunun inkişafina verdiyi xüsusi töhfəyə görə "Caspian Business Award 2020" mükafatına layiq görülüb.
Öz növbəsində Elmir Vəlizadə mükafata layiq görüldüyü üçün "Caspian Energy Club"un rəhbərliyinə və üzvlərinə təşəkkür edib. O bildirib ki, koronavirus səbəbindən biznes-forumların fəaliyyətində müəyyən çətinliklər yaransa da, "Caspian Energy Club" dövlət – biznes əməkdaşlığını davam etdirib. Nazir müavini qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət qurumu kimi özəl sektora dəstək göstərir. Elmir Vəlizadə Qarabağın azad olunmasının ölkəmizdə yeni reallıqlar yaratdığını və şirkətlər üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.
Baxış sayı: 2351
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet