Tarix:24/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, şirkətlərin bəyanatına görə, “Samsung”, “SK Telecom” və “Kakao” tərəfindən artıq tədqiqat və işləmələr üçün birgə qrup formalaşdırılıb. Platformanın 2021-ci ilin əvvəlində təqdim edilməsi nəzərdə tutulur.
Məlumata görə, hazırda Cənubi Koreyada əhalini təsdiqlənmiş koronavirus xəstəliyi faktları haqqında xəbərdar etmək üçün mətnli bildirişlərdən istifadə edən dövlət xəbərdarlıq xidməti fəaliyyət göstərir. Yeni platformaya böyük həcmli məlumatları analiz edən və potensial riskləri hesablayan, eləcə də istifadəçilərə daha təhlükəsiz hərəkət marşrutları təklif edən süni intellekt modellərinin cəlb olunması planlaşdırılır. Həmçinin “COVID-19” ilə əlaqədar sualları cavablandırmaq üçün səsli funksiya nəzərdə tutulub.
Birgə süni intellekt platformasının iş prinsipi haqqında danışan “SK Telecom” nümayəndəsinin sözlərinə görə, süni intellekt platforması piyada axınları haqqında böyük həcmli məlumatları, fövqəladə hallar barədə məlumatları və sosial şəbəkələr üzrə informasiyanı topladıqdan sonra regionlara görə risk səviyyəsini hesablayacaq. Bundan başqa, smartfon istifadəçiləri qurğularda təqvimdə planlaşdırılan tədbirlər, sifariş edilmiş təyyarə reysləri və hotellər haqqında saxlanılan informasiyanı nəzərə alan risklər haqqında bildiriş xidmətini quraşdıra biləcəklər.
Şirkətlər platformanın əsas funksiyaları və texnologiyaları barədə məlumatları ictimaiyyətə açıqlayacaq, eləcə də tərtibatçılar və tədqiqat təşkilatları üçün ondan istifadəyə imkan yaradacaqlar. Gələcəkdə birgə layihəyə digər şirkətlərin də qoşulacağı gözlənilir ki, bu da onun əsasında beynəlxalq süni intellekt alyansı yaratmağa imkan verəcək.
Nizam Nuriyev
Cənubi Koreyada koronavirusla bağlı risklər haqqında xəbərdarlıq üçün süni intellekt platforması yaradılacaq
“Samsung Electronics” şirkəti Cənubi Koreyanın ən böyük mobil operatoru “SK Telecom” və ölkənin populyar “Kakao Talk” messencerinin sahibi ilə birlikdə istifadəçiləri koronavirusla bağlı risklər haqqında xəbərdar etmək üçün süni intellekt əsasında platforma hazırlayacaq.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, şirkətlərin bəyanatına görə, “Samsung”, “SK Telecom” və “Kakao” tərəfindən artıq tədqiqat və işləmələr üçün birgə qrup formalaşdırılıb. Platformanın 2021-ci ilin əvvəlində təqdim edilməsi nəzərdə tutulur.
Məlumata görə, hazırda Cənubi Koreyada əhalini təsdiqlənmiş koronavirus xəstəliyi faktları haqqında xəbərdar etmək üçün mətnli bildirişlərdən istifadə edən dövlət xəbərdarlıq xidməti fəaliyyət göstərir. Yeni platformaya böyük həcmli məlumatları analiz edən və potensial riskləri hesablayan, eləcə də istifadəçilərə daha təhlükəsiz hərəkət marşrutları təklif edən süni intellekt modellərinin cəlb olunması planlaşdırılır. Həmçinin “COVID-19” ilə əlaqədar sualları cavablandırmaq üçün səsli funksiya nəzərdə tutulub.
Birgə süni intellekt platformasının iş prinsipi haqqında danışan “SK Telecom” nümayəndəsinin sözlərinə görə, süni intellekt platforması piyada axınları haqqında böyük həcmli məlumatları, fövqəladə hallar barədə məlumatları və sosial şəbəkələr üzrə informasiyanı topladıqdan sonra regionlara görə risk səviyyəsini hesablayacaq. Bundan başqa, smartfon istifadəçiləri qurğularda təqvimdə planlaşdırılan tədbirlər, sifariş edilmiş təyyarə reysləri və hotellər haqqında saxlanılan informasiyanı nəzərə alan risklər haqqında bildiriş xidmətini quraşdıra biləcəklər.
Şirkətlər platformanın əsas funksiyaları və texnologiyaları barədə məlumatları ictimaiyyətə açıqlayacaq, eləcə də tərtibatçılar və tədqiqat təşkilatları üçün ondan istifadəyə imkan yaradacaqlar. Gələcəkdə birgə layihəyə digər şirkətlərin də qoşulacağı gözlənilir ki, bu da onun əsasında beynəlxalq süni intellekt alyansı yaratmağa imkan verəcək.
Nizam Nuriyev
Baxış sayı: 932
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet