12px13px15px17px
Tarix:26/12/20

Smartfonlar kəskin bahalaşıb

2020-ci ildə smartfonların qiyməti rekord həddə çatıb. Bu barədə “GizmoChina” nəşrinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, başa çatmaqda olan ildə smartfonlar 2019-cu illə müqayisədə kəskin bahalaşıb. Portalın jurnalisti Arqam Artaşyanın sözlərinə görə, bütün qabaqcıl modellərin qiyməti bahalaşaraq rekord göstəriciləri yeniləyib. Məsələn, 2019-cu ildə “Samsung Note” smartfonunun əsas versiyası 1229 dollar qiymətləndirildiyi halda 2020-ci ildə eyni seriyalı qurğunun əsas versiyasının minimum qiyməti 1410 dollar təşkil edib. Həmçinin “Huawei Mate” seriyalı qurğuların qiyməti 1056 dollardan 1378 dollaradək, “Xiaomi Mi” – 566 dollardan 811 dollaradək, “OnePlus” – 704 dollardan 827 dollaradək artıb.
 
Məhsullarının qiyməti baha olduğundan ənənəvi olaraq tənqidə tuş gələn “Apple” şirkəti isə qabaqcıl smartfonların dollarda olan qiymətini saxlamaqla yanaşı, bir sıra modellərin əsas versiyalarının quraşdırılmış yaddaş tutumunu artırıb. Belə ki, ən ucuz “iPhone 12 Pro Max” modeli “11 Pro Max” kimi eyni dəyərdə qiymətləndirilsə də, 64 giqabayt əvəzinə, 128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib.
 
Ekspertin sözlərinə görə, smartfon istehsalçıları tərəfindən bahalaşma qiymətin yüksək olmasını tələb edən təkmilləşdirilmiş qurğuların hazırlanması ilə izah edilir. Bundan başqa, ekspertin fikrincə, əksər istehsalçılar marketinq məqsədləri baxımından bahalı smartfonlara məqsədli şəkildə mürəkkəb adlar (məsələn, Samsung Galaxy Note 20 Ultra 5G və ya Huawei Mate 40 Pro+) verməyə başlayıb.
 
Ümumi trendə baxmayaraq bir sıra istehsalçılar modellərin əsas versiyalarının qiymətini əvvəlki səviyyədə saxlayıb. Lakin bunun üçün onlar bir qədər “biclik” işlədirlər. Məsələn, “Apple” və “Samsung” şirkətləri tərəfindən 2019-cu ildə müvafiq olaraq “iPhone 11” və “Galaxy S10” smartfonları buraxılıb və onlar 699 dollar dəyərində qiymətləndirilib. Onları əvəzləyən “iPhone 12” və “Galaxy S20” modelləri bahalaşsa da, 700 dollarlıq başlanğıc qiymətin saxlanılması üçün istehsalçılar tərəfindən “iPhone 12 mini” və “Galaxy S20 FE” modelləri buraxılıb.  
 
Nizam Nuriyev




Baxış sayı: 1459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024