12px13px15px17px
Tarix:29/12/20

Noutbuk və fərdi kompüterlərə yüksək tələbat davam edəcək

2020-ci ildə noutbuk və fərdi kompüterlərin satışı dünya fərdi kompüterlər bazarında 10 ildən çox müşahidə edilməyən templərlə gedib. "Reuters" agentliyinə müsahibədə fərdi kompüter sahəsinin nümayəndələri və analitiklər bildirib ki, fərdi kompüterlərin tədarükü üçün istehsalçılar tərəfindən alınan sifarişlər bir neçə ay kifayət edəcək. Bununla yanaşı, tələbatın zəifləməsi ilə bağlı əlamətlər müşahidə edilmir. İcmalçıların fikrincə, fərdi kompüterlər bazarında hazırkı artım və tələbatın təklifi üstələməsi 2022-ci ilədək davam edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm " resursuna istinadən yazır ki, pandemiya dövründə məsafəli iş və təhsilə kütləvi keçid kompüterlərə marağı artırıb, smartfonlara isə, əksinə, azaldıb.

 

2008-ci ildə fərdi kompüterlərin, o cümlədən portativ və masaüstü qurğuların tədarükü 300 milyon ədədə yaxın olduğu halda növbəti bir neçə ildə planşet və smartfonların populyarlığı fonunda kompüter bazarının həcmi 250 milyon ədədədək azalıb. Bununla əlaqədar əksər ekspertlər fərdi kompüterlər dövrünün sona çatdığını və onun bərpa edilməyəcəyini proqnozlaşdırmışdı.

 

Lakin pandemiya fonunda fərdi kompüterlər sənayesində artım bərpa edilib və analitiklərin gözləntisinə görə, 2020-ci ildə kompüterlərin tədarükü yenidən 300 milyon ədədə yaxınlaşaraq 2019-cu illə müqayisədə 15 faiz artacaq. Planşetlər seqmentində isə daha böyük artım gözlənilir.

 

"Canalys" analitik şirkətinin qiymətləndirməsinə görə, 2021-ci ildə dünyada istifadə edilən kompüter qurğuları və planşetlərinin ümumi parkı 1,77 milyard ədədə çatacaq, halbuki 2019-cu ilə bu göstərici 1,64 milyard səviyyəsində olub. Həmçinin şirkətin proqnozuna görə, cari ilin yekunları üzrə qlobal bazara 458 milyon (2019-cu illə müqayisədə 17 faiz artım) fərdi kompüter tədarük ediləcək, 2021-ci ildə isə tədarük həcmi yenidən 14 faiz artaraq 464,4 milyon qurğuya çatacaq.

 

Sahədə kəskin artım fonunda əsas komponentlərdə, o cümlədən displey və prosessorlarda çatışmazlıq mövcuddur. Mütəxəssislərin sözlərinə görə, bu çatışmazlıq olmasaydı, 2021-ci il üçün proqnozlar daha optimist olardı.

 

Nizam Nuriyev





Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024