12px13px15px17px
Tarix:29/12/20

Qabaqcıl “Xiaomi Mi 11” smartfonu rəsmən təqdim edilib

“Xiaomi” şirkəti qabaqcıl “Mi 11” smartfonunu təqdim edib. Yenilik onlayn translyasiya edilən tədbirdə nümayiş etdirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, telefon “QHD ” təsvir ölçülü 6,81 düymlük AMOLED displeylə təchiz edilib. Şəklin yenilənmə tezliyi 120 hers təşkil edir. Ekran sonuncu nəsil “Gorilla Glass Victus” qoruyucu şüşəsi ilə örtülüb.

 

“Xiaomi Mi 11” aparatı “Qualcomm Snapdragon 888” platforması ilə təchiz edilmiş ilk smartfon olub. Smartfona 8 və ya 12 QB sürətli əməli yaddaş və 128/256 QB-lıq “UFS 3.1” daşıyıcısı quraşdırıla bilər. Bütün versiyalar “5G” texnologiyasını dəstəkləyir.

 

“Xiaomi”nin qabaqcıl modeli 108 mp-lik əsas kamera ilə təchiz edilib. Sensor optik sabitləşmə sisteminə malikdir. Həmçinin 13 mp-lik genişbucaqlı və 5 mp-lik makroobyektiv var.

 

“Mi 11” aparatı “Harman Kardon”un mütəxəssisləri tərəfindən tənzimlənmiş stereo cütlük, 55 vatlıq simli şarj, 50 vatlıq simsiz şarj və 4600 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

 

Smartfon artıq 2021-ci ilin yanvarında Çində satışa çıxarılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 448

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024