12px13px15px17px
Tarix:30/12/20

“Mini LED” matrisalı yeni “LG” televizorları hazırlanıb

"LG" şirkəti "CES 2021" istehlak elektronikası sərgisindən əvvəl "LG QNED" seriyalı televizorların texniki xüsusiyyətlərini açıqlayıb. Gələcək qurğular xüsusi arxa işıq konstruksiyası sayəsində "OLED" panellərinə alternativ olacaq "Mini LED" matrisalardan istifadə ilə seçilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, yeni tipli matrisaların hər biri işıq diodu bir-birindən asılı olmayaraq işləməklə müvafiq pikselləri közərtmədən qara rəngi təbii şəkildə göstərir.

 

"Mini LED" matrisalı televizorlarda çoxlu işıqlandırma elementlərindən də istifadə edilib – məsələn, şirkətin bəyanatına görə, yeni qurğularda 30 min işıq diodu tətbiq edilib.

 

Bundan başqa, yeni "LG" televizorlarının ekranları maksimal kontrastlıq nisbətini (1.000.000:1) təmin etmək üçün 2500 rəng tündləşdirmə zonasına bölünəcək. İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni qurğu "NanoCell" kvant piksel birləşdirmə texnologiyasını da dəstəkləyir.

 

"Mini LED" matrisalı ilk televizorların nümayişi yanvarın 11-də keçiriləcək "CES 2021" istehlak elektronikası sərgisində planlaşdırılır. Şirkət tərəfindən bir neçə modelin buraxılışı ilə bağlı planlar hələ ki açıqlanmayıb. Hazırda Cənubi Koreya istehsalçısının çeşidində yalnız 86 düym diaqonallı variant göstərilib.

 

Nizam Nuriyev





Baxış sayı: 471

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024