12px13px15px17px
Tarix:30/12/20

“Google” daha bir xidmətinin fəaliyyətini dayandırır

"Google" şirkəti daha bir layihəsini – "Cloud Print"i bağlamağa qərar verib. 2010-cu ildə istifadəyə verilmiş xidmət son on ildə beta mərhələsində qalmışdı.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, qeyd etmək lazımdır ki, axtarış nəhəngi "Google Cloud Print" xidmətini populyar məhsul etməyə çalışırdı. Şirkət, hətta "Chromebook"un şəbəkədəki istənilən uyğun printerə rahat qoşulmasını reallaşdırmışdı, amma bu da kömək etməyib. Xidmətdən istifadə az olaraq qalırdı. Nəticədə "Google" şirkəti 2021-ci il yanvarın 1-dən xidmətin fəaliyyətinin dayandırılacağını elan edib.

 

Emil Hüseynov





Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024