12px13px15px17px
Tarix:19/12/11

Google şirkəti “Bletçli-park”ın bərpası üçün 850 min dollardan keçib

Google internet-şirkəti ikinci dünya müharibəsi gedişində böyük rol oynamış “Bletçli-park” evinin bərpası üçün 850 min dollarından keçib.

Bletçli-park (onu Station X da adlandırırlar) evi Britaniyanın Bletçli  şəhərində yerləşir. Keçən əsrin 40-cı illərinin əvvəllərində Britaniya şifrləyicilərinin baş ştabı məhz burada yerləşib. Həmçinin burada almanların hazırladığı “Eniqma” (Enigma) maşını vasitəsi ilə şifrlənmiş  mesajların şifrinin açılması üsulu hazırlanıb.

“Bletçli-park” evi yalnız İkinci dünya müharibəsi gedişində Eniqma maşınının şifrlərininaçılması ilə deyil, həm də əksər nəzəriyyələrin burada  hazırlanması ilə məşhurdur.

Həmin nəzəriyyələr kriptoqrafiya elmində istifadə olunurlar. Bundan əlavə, bu nəzəriyyələrsiz nə kompyuter, nə də ki qurğuların yaradılması mümkün deyildi.

Google şirkəti “Bletçli-park”-ın bərpası üçün 850 min dollar pul qoyub, lakin evin tam bərpasına təxminən 23,2 milyon dollar vəsait lazımdır.




Baxış sayı: 1509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024