12px13px15px17px
Tarix:05/01/21

“LG” şirkəti şəffaf televizor təqdim edib

“LG” şirkəti qatar və restoranlarda istifadə edilə bilən yeni şəffaf ekranlarını təqdim edib. Yeni ekranlar analoqlarla müqayisədə 4 dəfə daha şəffafdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “LG” şirkəti şəffaf OLED ekran təqdim edib və qurğudan necə istifadə etmək lazım gəldiyini nümayiş etdirib. Məsələn, restoranlarda barmen və ya ofisiantla ünsiyyət üçün şəffaf televizordan istifadə etmək olar. Eyni zamanda sifarişdəki menyunu displeyə çıxartmaq olar.

 

Həmçinin 55 düymlük şəffaf OLED displey qatar vaqonlarında quraşdırıla bilər. Sərnişinlər hava proqnozu, xəbərlər və səyahət haqqında informasiyaya baxış zamanı mənzərələrdən zövq ala bilərlər.

 

Emil Hüseynov





Baxış sayı: 930

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024